Главная > Siyasət / İqtisadiyyat / Manşet > Masallıda 38 km-lik yola asfalt döşənir

Masallıda 38 km-lik yola asfalt döşənir


23-05-2023, 17:38. Разместил: admin44

Masallı rayonunda uzun müddətdir ki, avtomobil yollarının asfaltlanması işləri mütəmadi olaraq davam etdirilir. Bu yollardan biri də Mollahəsənli, Ləngan, Əhmədli, Təklə, Köçəkli, Bala Təklə, Şərəfə, Öncəqala, Hüseynhacılı, Viləş, Xallıcallı, Dəlləkli və Qədirli kəndlərindən keçən əsas yoldur.

38 km-lik yolun əsas hissəsi təmir olunmuş, hal-hazırda yolda təmir və asfaltlanma işləri davam etdirilir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yolda gedən təmir işləri ilə yaxından tanış olmuş, asfaltlanma işləri aparılan ərazilərin sakinləri ilə görüşmüş və qayğıları ilə maraqlanmışdır.

Sakinlər yolların asfalt olunması ilə bağlı Ölkə Başçısı Cənab İlham Əliyevə, Rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, işin icrası 46 və  47 saylı Yol İstismarı idarələri tərəfindən həyata keçirilir.











“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад