Главная > Siyasət > Viləş kəndində şəhidin adına olan məktəbin akt zalı istifadəyə verildi

Viləş kəndində şəhidin adına olan məktəbin akt zalı istifadəyə verildi


23-05-2023, 17:41. Разместил: admin44


Masallı Rayonunda I Qarabağ Müharibəsi şəhidi Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin akt zalının əsaslı təmirindən sonra açılışı həyata keçirilmişdir.

200 nəfərlik tutuma sahib akt zalı Masallı Rayon İcra Hakimiyyətinin Başçısı  Araz Əhmədovun tapşırığına əsasən rayon xeyriyyəçilərinin vəsaiti hesabına təmir edilmişdir.

Akt zalının açılışında Masallı Rayon İcra Hakimiyyəti başçısı vənab Araz Əhmədov , Lənkəran Astara regional təhsil idarəsinin müdiri Elxan Nəcəfov , Masallı Təhsil şöbəsinin direktoru Qoşqar Hətəmov, şəhid ailələri , məktəbin müəllim kollektivi və media nümayəndələri iştirak etmişdir.

Açılışda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı  Araz Əhmədov çıxış edərək , Ulu Öndər Heydər Əliyevin ölkəmizin uşaqlarına , müəllimlərinə , təhsilinə necə dəyər və önəm verdiyindən danışdı. Məhz Ulu Öndərin 100 illiyində bu sahədə olan problemlərin aradan qaldırılmasına çalışdıqlarını , bu açılışın da bunun göstəricisi olduğunu vurğuladı.

Daha sonra Elxan Nəcəfov çıxışında eynilə ölkəmizdə təhsilin və təhsilalanların rifahı üçün atılan addımlardan danışdı.

Şəhid ailələri, məktəbin müəllim kollektivi və kənd sakinləri akt zalının əsaslı təmirinə görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürlərini bildirdilər.








“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад