Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu7-03-2018, 18:50. Разместил: yeni321 |
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu Martın 7-də Masallı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş qəbulu Qodman ərazisində keçirilmişdir. Mərkəzi Qodman kəndi olan ərazidə EATS, poçt, kitabxana və s. fəaliyyət göstərir. Qodman kənd tam orta məktəbində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq sakinləri salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. RİH başçısı geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, çox gəlirli sahə olab tərəvəzçilikdən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd sakinlərindən Qılman Almazov, Şakir Əliyev, Zəki Cahangirov, Ruhil Əliyev, Hüseynbala Məmmədov, Ruzbey Əsədov, Nadir Vahabov və başqaları əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, kənd ara yollarının təmir edilməsinə və asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər. Ərazi sakinləri son vaxtlar Masallı rayonunda və Qodman ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir. Həsənağa ƏLİYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |