Главная > Siyasət > Masallıda 31 mart soyqırımı qurbanları anıldı
Masallıda 31 mart soyqırımı qurbanları anıldı31-03-2018, 14:36. Разместил: yeni321 |
Masallıda 31 mart soyqırımı qurbanları anıldı Masallı şəhər Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun veteranları, ağsaqqal və ziyalıları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq qeyd etmişdir ki, iki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmışıq, ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları həmin vaxtdan bu günümüzə kimi davam edir. "Dəfinə" məktəb-liseyinin "Tərəqqi" medallı müəllimi, Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov soyqırım gününün hərtərəfli təhlilini əks etdirən məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvanda – azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb. Məruzə ətrafında müzakirələrdə "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev, Qodman kənd ərazi nümayəndəsi, Aprel döyüşçüsü Əziz Cankişizadə, Şıxlar kənd 1 nömrəli məktəbin tarix müəllimi Riyalə Səmədova çıxış edərək, erməni vandallarının cənub bölgəsində törətdiyi fəlakətlərdən danışmışlar. Xüsusi vurğulanmışdır ki, 26 mart 1998-ci ildə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir. Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |