Главная > Siyasət > Masallı Dövlət Regional Kollecində 31 mart soyqırımı tədbiri keçirilib

Masallı Dövlət Regional Kollecində 31 mart soyqırımı tədbiri keçirilib


31-03-2018, 15:01. Разместил: yeni321
 
Masallı Dövlət Regional Kollecində 31 mart soyqırımı tədbiri keçirilib

Masallı Dövlət Regional Kollecində 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirmişdir ki, mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycanlıların soyqırımı xalqın kədərli tarixi, düşmən təcavüzünə məruz qalmasıdır. Soydaşlarımız ata-baba torpaqlarından çıxarılmış, şəhər və kəndlərimiz talanmış, yaşayış məntəqələri yerlə yeksan edilmişdir. Xalq mənfur erməni vandalizminin törətdiklərini həmişə qanlı cinayət kimi xatırlayır, yad edir.
Kollecin müəllimi Nazım Əliyev "31 mart yaddaşımız..." adlı məruzə etmişdir. O, xalqın yaddaşında dərin iz buraxan soyqırıma siyasi qiymət verildiyini bildirmiş və 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması üçün xüsusi fərman imzaladığını vurğulamışdır.
Tədbir Kollec tələbələrinin – Aynur Həsənova, Dilrubə Dadaşova, Səbinə Xəlilova, Məryam Dadşova, Duyğu Əliyeva, Elmira Rzayeva (kompozisiyanın müəllifi kollecin müəllimi Camaləddin Əliyev) və başqalarının hazırladığı ədəbi-bədii kompozisiya ilə tamamlanmışdır.
Sonda xatirə şəkli çəkilmişdir.

 
“Yeni həyat”,
 
www.yeniheyet.az 



шаблоны для dle 11.2
Вернуться назад