Главная > Siyasət > Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş

Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş


31-03-2018, 15:43. Разместил: yeni321
Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş

Masallı şəhərində aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərə seçki prosedurları barədə məlumat verilib.
Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və rayonda fəaliyyət göstərən dairə seçki komissiyalarının birgə təşkilatçılığı ilə “Səs ver - gələcəyini formalaşdır” mövzusunda keçirilən tədbirdə gənclər əvvəlcə səsvermə ilə bağlı hazırlanmış videoçarxa baxıblar.
Gənclər Mərkəzində keçirilən tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, 70 saylı Masallı şəhər seçki dairəsinin katibi Sərxoş Nuriyev, 71 saylı Masallı kənd dairə seçki komissiyasının üzvü Vidadi Nəzərov, Təhsil Şöbəsinin müdir müavini Samit İslamov mövzu ilə bağlı çıxış ediblər.
Qeyd olunub ki, prezident seçkilərində Masallı rayonu üzrə 2300 nəfərdən çox gənc ilk dəfə səsvermədə iştirak edəcək.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
 шаблоны для dle 11.2
Вернуться назад