Главная > Siyasət > Masallıda Aprel döyüşlərinin ikinci ildönümü qeyd olunub

Masallıda Aprel döyüşlərinin ikinci ildönümü qeyd olunub


3-04-2018, 18:00. Разместил: yeni321

  Masallıda Aprel döyüşlərinin ikinci ildönümü qeyd olunub

Aprelin 3-də Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində  Aprel döyüşlərinin ikinçi ildönümü ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə ağsaqqal və veteranlar, ictimai və dövlət təşkilatlarının nümayəndələri, Aprel döyüşü şəhidləri Firdovsi Bağırzadənin və Nurlan Əsgərlinin valideynləri, qohumları, müəllimləri, Masallı Regional Kollecinin tələbələri, şagirdlər və gənclər iştirak ediblər.
 
Çıxışlardan öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Aprel döyüşləri həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Direktor onu da vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev Aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirib.
 
Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək,Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, DQİDK-nın rayon bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşı Rəvan Nəsirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Nahid Rəhimov və başqaları Azərbaycan oğullarının aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar. Bildirilib ki, müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar.
 
Şəhid valideynləri – Ziba və Sehranə ananın Vətənin müdafiəsinə, torpaq sevgisinə köklənmiş alovlu çıxışları ayaq üstə alqışlanıb.
 
Bütün çıxışlarda Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmək istəyi bəyan edilib, işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi inamı əminliklə ifadə olunub.
İştirakçılar şəhidlərə məxsus əşyalardan ibarət sərgiylə tanış olublar.
 
Sonda müəllim Rafiq Abbasovun hazırladığı  “Şəhidlər və şahidlər” adlı ədəbi-bədii kompozisiya məktəblilərin ifasında nümayiş etdirilib.
 
Akif AĞAYEV,
 “Yeni həyat”,
 
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад