Главная > Siyasət > Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib


4-04-2018, 16:30. Разместил: yeni321
 
Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib


Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından iki il keçir. 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər.
Masallıda da aprel döyüşlərinin ildönümü qeyd edilib, şəhidlərimizin anım mərasimləri keçirilib.
Masallı rayon ictimaiyyəti aprel döyüşlərində şəhid olan həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni səsləndirilib.
Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Kənd tam orta məktəbində keçirilən mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Güllütəpə kənd tam orta məktəbinin direktoru Qədir Muxtarov aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
Məktəbin müəllimi İlham Əsədov, təhsil şöbəsinin işçisi Vəli Ağayev, şəhidin yaxın qohumu Vaqif Mütəllimov, müəllim Rövşən Muxtarov, əsgər yoldaşı Arif Tarıverdiyev və başqaları şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəcilklər göstəriblər. Balaca məktəbli Turan Tarıverdiyevin şəhid haqqında söylədiyi şeir tədbir iştirakçılarını kövrəldib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, tər-çiçək dəstələri qoyublar.
Şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.
 



 
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад