Главная > Siyasət > Masallının ümumtəhsil müəssisələrində Aprel döyüşlərinin ikinci ilinə həsr olunmuş tədbirlər keçirilib

Masallının ümumtəhsil müəssisələrində Aprel döyüşlərinin ikinci ilinə həsr olunmuş tədbirlər keçirilib


4-04-2018, 22:31. Разместил: yeni321
 
Masallının ümumtəhsil müəssisələrində Aprel döyüşlərinin ikinci ilinə həsr olunmuş tədbirlər keçirilib

Masallı rayonunun ümumtəhsil müəssisələrində, o cümlədən Masallı şəhər 2 nömrəli, Kalinovka, Güllütəpə, Xırmandalı, Ərkivan qəsəbə 3 nömrəli, Qodman, Qarğalıq, Miyənkü, Bədalan, Hişkədərə kənd tam orta, Xanaliyon kənd ümumi orta məktəblərində Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər kecrilib.
Anım tədbirlərində məktəblərin pedoqoji kollektivi, şagirdlər,valideyinlər, rayon təhsil şöbəsinin əməkdaşları, Aprel döyüşlərində şəhid olmuş hərbçilərin ailə üzvləri, ağsaqqal və veteranlar iştirak ediblər.
Şəhidlər böyük etiramla yad edilib, məktəblilərə Aprel döyüşlərindən danışılıb.
Çıxışlarda  Azərbaycanın şanlı döyüş tarixi, qəhrəmanları, eləcə də aprel şəhidlərinin hər biri haqqında maraqlı xatirələr yer alıb.
Şagirdlər qəhrəmanlığı vəsf edən şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
 


 
 
Yeni həyat”,
 
www.yeniheyet.az 
 
                     шаблоны для dle 11.2
Вернуться назад