Главная > Siyasət > Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib


18-04-2018, 14:58. Разместил: yeni321
  
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.
Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.
Sonra xatirə şəkli çəkdirildi.шаблоны для dle 11.2
Вернуться назад