Главная > Siyasət > Bilik Fondu Masallıda mühazirələr təşkil edib

Bilik Fondu Masallıda mühazirələr təşkil edib


22-04-2018, 10:26. Разместил: yeni321

 

Bilik Fondu Masallıda mühazirələr təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlərin keçirilməsi davam edir.
www.yeniheyet.az AZƏRTAC-a istinadən bildirir ki, maarifləndirici tədbirlər çərçivəsində aprelin 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Cümhuriyyət dövrü və mətbuat”, Masallı Peşə Məktəbində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzularında mühazirələr təşkil olunub.
Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.
Sonra iştirakçıların sualları cavablandırılıb.шаблоны для dle 11.2
Вернуться назад