Главная > Siyasət > Arxangelskdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevi təbrik ediblər

Arxangelskdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevi təbrik ediblər


23-04-2018, 15:30. Разместил: yeni321
 

Arxangelskdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevi təbrik ediblər

 “Arxangelsk” ictimai-siyasi qəzetində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” adlı regional ictimai təşkilatın idarə heyətinin sədri Tərlan Qasımovun “Arxangelsk Azərbaycanlıları İlham Əliyevi Azərbaycanda Prezident seçkilərində qələbə münasibətilə təbrik edirlər” sərlövhəli məqaləsi dərc olunub.
Məqalə müəllifinin qeyd etdiyi kimi, 2003-cü ildən bəri Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, o, öz Vətəninin mənafeyini müdafiə etməyi bacaran, müdrik və praqmatik liderdir. Rusiyada yaşayan azərbaycanlılar, Arxangelsk vilayətinin Azərbaycan diasporu Azərbaycan ilə Rusiya arasında qarşılıqlı dostluq münasibətlərinin qorunub saxlanmasında və inkişaf etdirilməsində maraqlıdırlar.
Məqalədə deyilir: “Son vaxtlar Azərbaycan ilə Arxangelsk vilayəti arasında qarşılıqlı mehriban və işgüzar münasibətlər bizi sevindirməyə bilməz. Əsası sovet dövründə qoyulmuş, ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanmış dostluğun təməli bu gün ölkələrimizin indiki rəhbərləri tərəfindən daha da möhkəmlənir. Siyasi vektor düzgün seçilib və biz – Rusiyanın şimal regionunda yaşayan azərbaycanlılar bu xətti dəstəkləyirik”.AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад