Главная > Siyasət > “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı23-04-2018, 18:31. Разместил: yeni321 |
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər: 1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; 1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov; 1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev; 1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov; 1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev; 1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov; 1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova; 1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov; 1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı; 1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev; 1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov; 1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov; 1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev; 1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli; 1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov; 1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 aprel 2018-ci il. Вернуться назад |