DataLife Engine > Версия для печати > Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
Главная > Siyasət > Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib


16-05-2018, 16:32. Разместил: admin44

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Yeniheyet.az  Prezident.az saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.
Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.
                                                               ***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.шаблоны для dle 11.2
Вернуться назад