Главная > Siyasət / Aqrar > Masallıda “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir

Masallıda “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir


5-02-2025, 23:30. Разместил: admin44

05 fevral 2025-ci il tarixində Masallı rayon Elşad Əhədov adına Təzə Alvadı kənd 1 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  yeniyetmə və gənclər arasında zərərli informasiya, erkən nikah, narkomaniya qarşı mübarizə və maarifləndirmə işlərinin genişləndirilməsi məqsədi ilə “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.

İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Möhsün Süleymanov yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə rayonun orta məktəblərində bu baxımdan keçirilən tədbir və görüşlərin sayının artırılması məktəblilərin hüquqi biliklərin təbliğinə  önəmli töhfə olduğunu vurğuladı.

Sonra çıxış edən Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abaszadə, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev və DQİDK-nin Masallı Regional  bölməsinin müdiri Elvin Hüseynli sağlamlıq üçün olduqca təhlükəli, gəncliyin hərtərəfli inkişafına daha ciddi əngəl törədən  tütündən istifadə, spirtli içkilərə hədsiz aludəlik, narkotik vasitələr və psixotrop maddələrdən asılılıqla, zərərli  informasiya, erkən nikahlar  və bu kimi zərərli vərdişlərin fəsadları ilə  bağlı fikirlərini bölüşdülər.










шаблоны для dle 11.2
Вернуться назад