Главная > Siyasət > Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib


8-06-2018, 21:14. Разместил: admin44


Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

İyunun 8-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir” mövzusunda tədbir keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda cərayan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başının üstün almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər.
1993-cü ildə iqtidarda olanların dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsilə üzləşdiyi bir vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin yaşaması, müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi qərarı idi. O ağır günlərdə ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. Bu dahi insan çox gözəl bilirdi ki, o ağır günlərdə özünü qabağa verməsə, müstəqillik əldən gedəcək, dövlətçilk məhv olacaq, xalq isə didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları,qarayaxma kampaniyasını bir kənara qoyub ağır və keşməkeşli günlərdə xalqın köməyinə tələsdi. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi : “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü…Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər.”
Heydər Əliyev 1993-cü il iyun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlament iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi naliyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəm.
Milli Qurtuluş günü münasibətilə təbriklərini çatdıran YAP rayon təşkilatının Siyasi Şurasının üzvü Hikmət Xəlilov, Qadınlar Şurasının sədri Gülşən Xəlilova, Qadınlar Şurasının üzvü Naibə Aslanova, MƏSQ Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev qeyd ediblər ki, əbədiyaşar liderimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə gəlməsindən sonra müstəqilliyimiz xilas oldu, dövlət və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçrildi. Onun şah əsəri olan Azərbaycan bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, xalqımızın həyatı günü-gündən çiçəklənir. Bütün bunlara isə biz 15 iyun Milli Qurtuluşumuz sayəsində nail olmuşuq.
 
“Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад