Главная > Siyasət > Masallıda Azərbaycan Xalq Cumhuriyyəti İli və Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

Masallıda Azərbaycan Xalq Cumhuriyyəti İli və Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib


25-06-2018, 20:31. Разместил: admin44
 
Masallıda Azərbaycan Xalq Cumhuriyyəti İli və Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

İyunun 25-də Masallı rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və təhsil şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti İli”nin elan olunması və 26 İyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” nün 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Natiq daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs edib: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun güc və döyüş əzmini göstərdi.
Masallı Dovlət Regional Kollecinin metodisti Baba Həsənov qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunduğunu diqqətə çatdıran sözçü hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü ordu olduğunu vurğulayıb.
B.Həsənov əlavə edib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində strateji yüksəkliklər işğaldan azad edilib. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olunub.
Qarabağ Müharibəsi Əliləri Veteranları və Şəhid ailələri İB-nin sədri Nahid Rəhimov bildirib ki, Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk.
SHXÇDX-nın Masallı rayon şöbəsinin əməkdaşı Vüqar Əhmədov, rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Seybətin tam orta məktəbinin hərbi müəllimi Cəmaləddin Məmmədov çıxışlarında diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəldiblər.
Sonda bir qrup hərbi müəllimə tədbirlərdə fəal iştrakına və qazandığı uğurlara görə Fəxri fərmanlar təqdim olunub.

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад