Главная > Siyasət > Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu


28-06-2018, 18:22. Разместил: admin44
 
Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu


Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Tüklə ərazisində keçirildi.
Tüklə kənd “Ağsaqqallar klubu”nun həyətində təşkil olunmuş görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Tüklə, Məmmədoba və Tiyaqani kəndlərinin sakinləri iştirak edirdi.
 
Görüş-qəbulü  rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq sakinləri  salamladı, respublikamızın, rayonumuzun bugünkü uğurlu inkişafından danışdı.
RİH başçısı qeyd etdi ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Masallıda özəl sahəyə xüsusi diqqət yetirilir, yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər əhalinin yaxşı yaşaması, yeni iş yerlərinin yaradılması, insanların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
RİH başçısı rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından danışdı. Bildirdi ki, kolxoz-sovxoz dövründə məhsulumuzu özgələr satırdısa, indi kəndli ona məxsus torpaqda özü əkir, özü də satır.Əvvəllər 17 min hektar sahə əkilirdisə, hazırda rayonda 18,5 min hektarda əkin aparılır.
Torpaq boş qala bilməz. Torpaqlardan təyinatı üzrə istifadə etmək lazımdır. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan bu qeyri-mümkündür. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsaslanaraq Torpaq Agentliyi cərimələr tətbiq edir, cinayət məsuliyyətinə cəlb edir.
 
Təhsil və erkən nikahla bağlı fikirlərini diqqətə çatdıran rayon rəhbəri valideynlərə tövsiyələrini verdi. Bildirdi ki, övladlarınızın dərslərində iştirak edin, məktəblə, müəllimlərlə əlaqə saxlayın. Kimliyindən asılı olmayaraq erkən nikaha güzəşt yoxdur.
Ərazidə turizmin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan icra başçısı kənddə məktəblilər üçün istirahət düşərgəsinin bərpa olunacağını nəzərə çatdırdı.
Kənd ağsaqqallar şurasının sədri Rəvvaq Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, Masallıda, Tüklə ərazisində görülən işlərə, o cümlədən son günlərdə Məmmədoba kəndində yeni tibb məntəqəsinin inşasına görə ölkə və rayon rəhbərinə sakinlər adından minnətdarlıq bildirdi.
Sakinlərdən Hənifə Məhərrəmov, Elxan İbadov, Xoşqədəm İbadova kəndə gələn yolun təmir olunması,Tüklə məktəbinin təmiri, “Tut bağı” ərazisinin sel sularından bərbad vəziyyətə düşməsi, yaxınlıqdakı bənddən istifadənin çətinliyi, Məmmədoba həkim məntəqəsinə qaz xəttinin çəkilişi, Ramil Əhədov isə qaz sayğacındakı problem barədə müraciət etdilər.
Görüş zamanı əhalinin problemlərini dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
 
Akif AĞAYEV.
 “Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад