Главная > Siyasət / Manşet > YAP-25: Xalqın dəstəyini qazanan partiya

YAP-25: Xalqın dəstəyini qazanan partiya


19-11-2017, 17:59. Разместил: yeni321
YAP-25

Xalqın dəstəyini qazanan partiya

YAP rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir" devizi altında silsilə tədbirlər davam edir.
Rayon təhsil şöbəsi ərazi ilk partiya təşkilatının birgə təşəbbüsü ilə “Dəfinə” liseyində “Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov YAP-ın yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
YAP rayon təşkilatının Şura üzvü, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev qeyd edib ki, 1992-ci ildə yaranan YAP qısa müddətdə təşkilatlanaraq siyasi hakimiyyət uğrunda sivil mübarizəyə başladı və xalqın dəstəyini qazandı. Təsis olunmasından az müddət sonra hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyalarını bu gün də təbliğ edir, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət göstərir: “Bu gün partiya üzvlərinin sayı 700 mindən artıqdır. Bu isə Yeni Azərbaycan Partiyasına, ulu öndər ideyalarına, Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasi kursa olan inamın, etimadın təcəssümüdür. Ulu öndərimizin əsasını qoyduğu siyasət ölkə rəhbəri tərəfindən uğurla davam və inkişaf etdirilir”.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ötən 25 il ərzində şərəfli yol keçib, bütün sınaqlardan uğurla çıxıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyilə həyata keçirilən inkişaf siyasətinin yerlərdə həyata keçirilməsi işində partiyamızın hər bir üzvü yaxından iştirak edir. Sözçü vurğulayıb ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “İnanıram ki, xalqımız hər zaman ulu öndər tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək, dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.
Kinəxanım Əliyeva, Təvəkkül Nəsirov və başqaları ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər.
                                                                                                                               www. yeniheyet.az

 



шаблоны для dle 11.2
Вернуться назад