Главная > Siyasət > Azərbaycan və Türkiyə prezidentləri görüşüb

Azərbaycan və Türkiyə prezidentləri görüşüb


10-07-2018, 16:43. Разместил: admin44
 
Azərbaycan və Türkiyə prezidentləri görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
 
Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
 
İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olundu.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan və Türkiyə prezidentlərinin işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub
 
İyulun 10-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.шаблоны для dle 11.2
Вернуться назад