DataLife Engine > Версия для печати > Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu
Главная > Siyasət > Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu

Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu


9-08-2018, 14:48. Разместил: admin44
 
Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu

Torpaq rifah, dolanışıq mənbəyidir

Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun vaxtaşırı olaraq ərazilərdə keçirdiyi səyyar qəbullar yerlərdə problemlərin, vətəndaşların istək və təkliflərinin öyrənilməsində, qaldırılan məsələlərin operativ həllində səmərəli nəticələr verir.
Avqustun 8-də Sığdaş ərazisində Sığdaş, Xanalion, Babaküçə və Ninalov sakinlərilə görüşdə Prezident İlham Əliyevin rəhbərliyilə ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyi diqqətə çatdırıldı. Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Masallının hərtərəfli inkişafı üçün böyük işlər görüldüyü və hazırda bu işlərin davam etdirildiyindən bəhs edildi.
 

Sığdaş tam orta məktəbində təşkil olunmuş görüşdə RİH başçısı Rafil Hüseynov sakinləri salamladıqdan sonra ilk növbədə onları narahat edən məsələlər barədə açıqlama istədi.
Sakinlər əraziyə göstərilən qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıqlarını bildirib, təklif və müraciətlərini səsləndirdilər. Canəli Həsənov, Şirvan Şahmarov, Meybulla Əliyev, Mürvət Əliyev, Zeynal Nəhmətov, Mirqasım Bağırov  Ninalov kəndinə qaz çəkilməsi, çayçılığın bərpa olunması, eləcə də sitrusçuluğun inkişafı, su problemi, texnika çatışmazlığı və s. məsələlərlə əlaqədar kömək göstərilməsini xahiş etdilər.
 
Səsləndirilən sualları ətraflı cavablandıran rayon rəhbəri əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, qaldırılan məsələlər ətrafında müzakirələr apardı: ”Torpaq dövlətin əsas sərvətidir. Pay torpaqları kəndçiyə verilib ki, əkilsin, boş qalmasın. Çünki torpaq insanların  rifahı, dolanışığıdır. Dağətəyi massivlər sitrusçuluq üçün əlverişlidir. Bu yerlərdə yeni növ sitrus ağacları əkmək büdcənizə daha çox gəlir gətirə bilər. Burada ilkin mərhələdə 45 hektarda çay plantasiyası salınacaq. Kooperasiyalarda birləşib Aqrolizinqin xidmətindən yararlanmaq olar. Təkcə Viləşçay su anbarı deyil, ərazilərdəki gölllər də əkin sahələrinin suvarılması üçün istifadə olunmalıdır. Lazım gələrsə artezian quyuları da qazılacaq.
 
Bu ərazi turizm zonasına daxil edilib. Gələcəkdə bura tur-marşrutlar açılacaq. İstisuda beynəlxalq turizm şəhərciyi salınacaq. Övladlarınız intellektual biliyə sahiblənməlidir ki, orada işləsin. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması naminə sistemli iş aparmaqdan ötrü təkcə müəllimlərin deyil, valideynlərin də üzərinə böyük məsuliyyət düşür.
Qaz probleminə gəldikdə isə bu ərazidə əsas daşıyıcı qaz xətti çəkilib. Ucqar kəndlərə də təbii qazın verilişi mərhələli şəkildə həyata keçirilir...”
Sonda icra hakimiyyətinin başçısı bəzi məsələlərin həllilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Akif AĞAYEV.
 “Yeni həyat”,
www.yeniheyet.az 



шаблоны для dle 11.2
Вернуться назад