Главная > Texnologiya > Dünya üzrə gənclərin 80 faizi internetdən istifadə edir

Dünya üzrə gənclərin 80 faizi internetdən istifadə edir


24-11-2017, 21:41. Разместил: yeni321
 


Dünya üzrə gənclərin 80 faizi internetdən istifadə edir

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) “İKT faktlar və rəqəmlər” adlı reytinq cədvəlini açıqlayıb.
ITU-nin saytına istinadla xəbər verilir ki, reytinq cədvəlində 2017-ci ilin hesabatına dair statistik göstəricilər yer alıb.
Hesabatda qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişafı genişzolaqlı mobil rabitə xidmətlərinin yayılmasını stimullaşdırır. Dünyanın 104 ölkəsində gənclərin 80 faizi internetdən istifadə edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 94 faiz, inkişafda olan ölkələrdə 67 faiz, az inkişaf etmiş ölkələrdə isə 30 faizə bərabərdir. İnternetdən istifadə edən 830 milyon gəncin 320 milyonu Çin və Hindistanın payına düşür. İnternetdə olmayan hər 10 gəncdən təxminən 9-u Afrika, Asiya və ya Sakit okean regionunda yaşayır.

 
 
 шаблоны для dle 11.2
Вернуться назад