Главная > Texnologiya > Masallıda FHN-nin seminar-müşavirəsi
Masallıda FHN-nin seminar-müşavirəsi7-12-2018, 15:43. Разместил: yeni321 |
Masallıda FHN-nin seminar-müşavirəsiFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Masallı Rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirib.Masallıda mülki-müdafiə işinin vəziyyəti, həyata keçirilən tədbirlər, idarə-müəssisələrdə bu vacib işə münasibət, sığınacaqların təşkili barədə bilgilər verilən seminarda ərazi nümayəndələri, bələdiyyələr, məktəb, idarə, müəssisə rəhbərləri, xidmət təşkilatı əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev açıb, tədbirin məqsədi barədə məlumat verib. Cənub Regional Mərkəzinin MM qərargahının şöbə müdiri Renad Nuriyev yerlərdə mülki müdafiə tədbirlərinin aparılması ilə əlaqədar yığıncaq iştirakçılarına tövsiyələr verib, yoxlamalar vaxtı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasından danışıb. Masall Rayon Mülki Müdafiə Qərargahının sədri Əyyar Burhanov rayonda keçirilən tədbirləri əhatə edən hesabat məruzəsi ilə çıxış edib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |