Главная > Texnologiya > “Masallılar.az” saytının təqdimatı

“Masallılar.az” saytının təqdimatı


22-12-2018, 14:28. Разместил: yeni321
“Masallılar.az” saytının təqdimatı

Masallı şəhər “Asan xidmət” Mərkəzinin "İncəsənət məktəbi"ndə "Masallılar.az" saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, tanınmış həmyerlilərimiz, veteranlar, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, ölkəmizin bütün bölgələri kimi Masallı da inkişaf edir. Buna görə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Bu gün əlamətdar bir hadisədir.
Respublika ərazisində, uzaq ölkələrdə, yaşadığı yerdə dövlətimizin, öz yaşadığı torpağın qədrini bilən həmvətənlərimiz, o cümlədən masallılar üçün böyük elektron ensklapediya, həm də ünsiyyət, insanları öz əhatəsinə ala biləcəyini bildirən rayon rəhbəri geniş nitqində saytın ən böyük məziyyətlərlərindən biri olduğunu bildirib. Bunun timsalında Kolatan, Çaxırlı, Ərkivan, Qəriblər və başqa ərazilərdən olan həmvətənlərimizin, masallılı diaspor fəallarının işini nümunə göstərib.
RİH başçısı tədbir iştirakçılarının timsalında bütün masallıları əlamətdar hadisə münasibəti ilə təbrik edib.

Masallı RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Fəttayev bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir.
Prezident İlham Əliyevin informasiya texnologiyalarına aparan iqtisadiyyatın formalaşması siyasəti, öz bəhrələrini verməkdədir. Yaradılan "Masallilar.az" elektron ensklopediyası ölkədə və ölkədən kənarda yaşayan soyadaşlarımızın elektron texnologiyalar vasitəsilə rayonumuzla bağlı ətraflı informasiyaya malik olmalarına, o cümlədən Masallının müxtəlif peşə sahiblərinin rayonumuzdan, həmçinin ölkədən kənardakı fəaliyyətləri və rayonumuza verdikləri töhfələrin öyrənilməsinə təminat yaradacaqdır.
Yeni internet resursu haqqında geniş məlumat verən saytın ideya müəllifi, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov bildirib ki, sayt-elektron ensklopediya bura daxil olan bütün oxucular üçün maraqlıdır. O, saytın həyata necə "vəsiqə" almasından danışaraq deyib ki, burda Masallının təhsilindən, səhiyyəsindən, mətbuatından, mədəniyyət tarixindən tutmuş günü bu günə qədər olan müasir tarixi, müasirləri, alimlərı, tananınmışları yer alıb.Sonrası daha zəngin olacaq. Belə layihə ölkədə ilk dəfə Masallıda yaradılıb. Z.Əmənov saytdakı materialların zaman-zaman qəzetinin xüsusi buraxılışlarında oxuculara təqdim olunduğunu vurğulayıb.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Masallının Xıl kəndindən olan Musa Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri ,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, əslən Qızılağaclı Şahin Musaoğlu, " Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri, əslən Masallılı Arzu Bağırova, "Masallı zıyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev və başqaları da çıxış edərək fikirlərini bölüşüblər, ayrı-ayrı təkliflər veriblər.
Qeyd edək ki, tədbir birbaşa yayımlanmış, həmvətənlərimizdən ABŞ-da yaşayan riyaziyyat elmləri doktoru, əslən Ərkivanlı, 32 yaşlı Tural Sadıqov, RF Norilsk Sənaye İnstitutunun dosenti, regional Azərbaycan diasporunun sədri, "Fundament" Elmi İstehsal Birliyinin direktoru, əslən Qəriblərli Əli Kərimov və RF Sankt-Peterburq şəhərinin nüfuzlu simalarından biri, Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini, “Viləş” şirkətlər qrupunun prezidenti, SSRİ idman ustası, Rusiya Federasiyasının əməkdar məşqçisi, RF Güləş Federasiyasının Şimal-Qərb regionu üzrə prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti, əslən Ərkivanlı Məşkur Qasımovla videbağlantılar olub. Onlar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə masallıları təbrik edib, xoş sözlər söyləyiblər. Sayt barədə təklif və fikirlərini tədbir iştirtakçıları ilə bölüşüblər.
Tədbirdə incəsənət ustalarının ifasında gözəl mahnılar səslənib.
Sonda nümayiş olunan videoçarxda ümummilli lider Heydər Əliyevin Azərbaycan və həmvətənlərimiz haqqında dediyi sözlər, görüntülər tədbir iştirakçıları və izləyicilərdə xoş duyğular yaradıb.

“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад