Главная > Texnologiya > Masallıda kompyuter oyunu üzrə onlayn qaydada rayon birinciliyi keçirilib

Masallıda kompyuter oyunu üzrə onlayn qaydada rayon birinciliyi keçirilib


19-05-2020, 10:04. Разместил: yeni321
Masallıda kompyuter oyunu üzrə onlayn qaydada rayon birinciliyi keçirilib

   Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxı-2020” seçilməsi ilə əlaqədar olaraq gənclər arasında kompyuter oyunu (counter-strike global offensive) üzrə onlayn qaydada rayon birinciliyi keçirilib.
      Yarışın təşkil olunmasında məqsəd “Masallı Gənclər Paytaxı-2020” seçilməsi və mövcud pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkilidir.
     10 komandanın iştrakı ilə keçirilən oyunun qalibi adına “Street Gamers” komandası layiq görülüb. İkinci yeri “Twitch Azerbaijan”, üçüncü yeri isə “Apone Peek” komandası tutub.
   Yarışın qalibləri rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.
 

 

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад