Главная > Texnologiya > Masallı MKTİB təmizlik işlərini gücləndirib
Masallı MKTİB təmizlik işlərini gücləndirib17-09-2020, 15:10. Разместил: yeni321 |
![]() Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi şəhərdə davam edən abadlıq-quruculuq işlərində fəallıq göstərir. Bakı prospektində yolboyu kol-koslar, məişət tullantıları təmizlənib zibil poliqonuna daşınmışdır. Sabir küçəsi, Heydər Əliyev prospekti, «Asan xidmət»in qarşısındakı meşə zolağı, Şəhriyar və Qurtuluş küçələrində ağaclar budanmış, məişət tullantıları təmizlənmişdir. ![]() Hazırda vərəm dispanserindən Banbaşı ərazisinə, Digah işıqforundan Şərəfə kəndinə kimi ərazidə abadlıq-təmizlik işləri davam edir. Şəhərin başqa bina və küçələrindəki səliqə-sahman göz oxşayır. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |