Главная > Texnologiya / Aqrar > Masallıda müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar üçün təlimlər keçirilir

Masallıda müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar üçün təlimlər keçirilir


5-04-2021, 13:05. Разместил: yeni321
Masallıda müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar üçün təlimlər keçirilir

Taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı taxılyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilir.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə, o cümlədən dağlıq ərazilərdə biçin aparan bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla, ümumilikdə, 40 mexanizator iştirak edəcək.
İstehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən keçirilən təlimlər video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexanizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra keçirilən imtahanı uğurla keçən hər bir mexanizatora sertifikat təqdim olunur. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.шаблоны для dle 11.2
Вернуться назад