Главная > Texnologiya > Masallıda Yanğından Mühafizə Hissəsi xilasedicilərinin təlimi

Masallıda Yanğından Mühafizə Hissəsi xilasedicilərinin təlimi


23-12-2021, 18:40. Разместил: yeni321
FHN-in Cənub Regional Mərkəzi Masallıda təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasedici dəstəsi ilə birlikdə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.
Yeniheyet.az-a verilən məlumatda bildirilir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад