Главная > Texnologiya > Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiq edilib

Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiq edilib


25-01-2022, 06:43. Разместил: admin44

 
“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Masallı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.





www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад