Главная > Texnologiya > ANAMA: Minatəmizləmə əməliyyatlarına yerli kommersiya şirkəti cəlb olunub

ANAMA: Minatəmizləmə əməliyyatlarına yerli kommersiya şirkəti cəlb olunub


5-02-2022, 18:09. Разместил: admin44

Ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.

Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub. 2022-ci il fevralın 1-də ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçirilib. Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад