Главная > Texnologiya > Günəşi əvəz edən güzgü

Günəşi əvəz edən güzgü


6-01-2018, 21:37. Разместил: yeni321
Günəşi əvəz edən güzgü


İtaliyada 200 sakini olan Viqanello kəndi böyük güzgü vasitəsilə işıqlandırılır.
Billionnews.ru saytına istinadla xəbər veririk ki, Alp dağları ilə əhatə olunan kənd dərədə yerləşdiyindən, buraya noyabrın ortalarından fevralın əvvəlinədək günəş şüaları düşmür.
Kənd sakinləri problemin həlli yolunu nəhəng güzgünün köməyilə günəş şüasını əks etdirməkdə görüblər. Artıq onlar hətta qış aylarında günəş işığı və istiliyindən həzz almağa başlayıblar.
Təqribən 40 kvadratmetr sahəsi olan güzgü kəndin 870 metr hündürlüyündə quraşdırılıb. Bundan əlavə, güzgü kompüterlə təchiz olunub ki, bu da günəşin hərəkət istiqamətini müəyyənləşdirmək imkanı yaradır. Layihənin dəyəri 100 min avrodur.

 шаблоны для dle 11.2
Вернуться назад