Главная > Texnologiya > STEAM Azərbaycan Festivalında Masallını 3 komanda təmsil edir

STEAM Azərbaycan Festivalında Masallını 3 komanda təmsil edir


7-12-2022, 17:48. Разместил: admin44

Elm və Təhsil Nazirliyinin dəstəyilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF-2022) keçirilir.

Festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Festivalda ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-si xarici ölkə, 442-si isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

STEAM Azerbaycan Festivalının final mərhələsində Masallı rayonunu 3 komanda - Banbaşı kənd C.Qasımov adına tam orta məktəbinin "Old town", "Gənc mühəndislər, "Star" komandaları təmsil edir.

Beş gün davam edəcək (5-9 dekabr) festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Məlumat üçün bildirək ki, STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 

шаблоны для dle 11.2
Вернуться назад