Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
- 10-09-2020, 20:49
- Təhsil
- 0
- 840

Masallı rayonunun Ərkivan qəsəbəsində təhsil müəssisələrinin açılması və məktəblilərin yollarda təhlükəsiz hərəkəti üçün işlər aparılmışdır.
Belə ki, Masallı Rayon İcra Hhakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirovun mürcaiəti əsasında rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məktəblilərin təhsil ocaqlarına təhlükəsiz getmələri üçün bütün məktəb yollarındakı keçidlərə piyada keçidi zolaqları çəkilmiş və piyada keçidi yol nişanları qoyulmuşdur.
Artıq Ərkivan qəsəbəsinin məktəbliləri və bütn piyadalar yollardan təhlükəsiz istifadə edə biləcəklər.
“Yeni həyat”,
www.yeniheyet.az