• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirilib

    Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirilib

     
    Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirilib


    Sentyabrın 8-də Masallı şəhər “Asan həyat” kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
    Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdıraraq, görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərinni təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil işçiləri üçün hər cür şərait yaradılır. Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında Masallı rayonunun pedaqoji kollektivi də yaxından iştirak edir.
    A.Qafarova gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.
    Bu il rayonun ümumtəhsil məktəblərinin XI sinfini 1489 şagird bitirmişdir. Bu şagirdlərdən ali məktəblərə 734 nəfər sənəd vermişdir və 500 nəfər şagird tələbə adını qazanmışdır. Məktəbləri bitirən məzunlardan ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 34 nəfəri 600-dən yuxarı, 86 nəfəri 500-600, 380 nəfəri 200-500 arası bal topladığını diqqətə çatdırmışdır.
    Rayon icra hakimiyyətinin başçısının müavini qeyd edib ki, ali məktəblərə qəbul imtahanları zamanı daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə ki, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Fəttayeva İradə Valeh qızı 672 balla Tibb Universitetinə, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Qüdrətli Aytən Əvəz qızı 650 balla Bakı Dövlət Universitetinə, Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin şagirdi Qasımova Pakizə Mail qızı 648 balla Azərbaycan Dillər Universitetinə, Boradigah 2 nömrəli tam orta məktəbinin şagirdi Nağıyeva Fidan İlkin qızı 647 balla Bakı Dövlət Universitetinə, şəhər 7 nömrəli tam orta (Kosakül) məktəbinin şagirdi Əliyeva Aynur Məmməd qızı 645 balla Lənkəran Dövlət Universitetinə, Mahmudavar kənd tam orta məktəbinin şagirdi Məmmədova Təhminə Ülfət qızı 643 balla Azərbaycan Pedaqoji Universitetinə, Köçəkli kənd tam orta məktəbinin şagirdi Budaqova Aytən Kamandar qızı 630 balla Türkiyyə Ərzurum Universitetinə, Qəriblər kənd tam orta məktəbinin şagirdi Əliyeva Şəfa Bağış qızı 629 balla Bakı Dövlət Universitetinə, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi İsmayılova Səma Mail qızı 621 balla Azərbaycan Neft Sənaye Unversitetinə, Çaxırlı kənd tam orta məktəbinin şagirdi Allahyarlı Cəmilə Vüsal qızı 612 balla Tibb Universitetinə, Banbaşı kənd tam orta məktəbinin şagirdi Abıyeva Elvira Vüqar qızı 612 balla Azərbaycan Dövlət Neft Sənaye Universitetinə, Səmidxan kənd tam orta məktəbinin şagirdi Allahverdiyeva Aytac Həsən qızı 611 balla Tibb Universitetinə, Mahmudavar kənd tam orta məktəbinin şagirdi Fərəcova Aydan Səadət qızı 606 Bakı Dövlət Universitetinə, Boradigah 1 nömrəli tam orta məktəbinin şagirdi Dadaşova Safurə Elşad qızı 603 balla Bakı Dövlət Universitetinə, Gəyəçöl kənd tam orta məktəbinin şagirdi Abıyeva Rüqayyə Zaur qızı 602 balla Azərbaycan Dillər Universitetinə, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Rəhimli Zəhra Elşən qızı 600 balla Azərbaycan Neft Sənaye Unversitetinə qəbul olunmuşlar.
    Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
    Tədbirdə çıxış edən Azərbaycanın Əməkdar müəllimi Mirqabil Hüseynov deyib ki, 1 nömrəli məktəb tələbə adını qazananlar arasında birincilər sırasındadır.
    Tanınmış pedaqoq ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq sözləri ünvanlayıb.
    Milli Məclisin deputatı Qənirə Paşayeva və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə ediblər.
    Tədbirdə ən yüksək - 691 balla Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olan Hacıtəpə kənd tam orta məktəbinin şagirdi Museyibzadə Eltun Elşən oğlu, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Fəttayeva İradə Valeh qızı, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbindən 588 balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oilan Əliyeva Arzu Çinar qızı çıxışlarında yaradılmış şəraitə görə məktəb müəllimlərinə, ölkə rəhbərinə minnətdarlıq ediblər.
    Toplantıda çıxış edən və ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Tələbələr Masallının adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
    Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı Rayon təşkilatının, "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin Fəxri fərmanları, qiymətli hədiyyələri və kitablar təqdim edilib.
    Tələbə adını qazanmış məzunlarla görüş Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı mədəniyyət şöbəsinin incəsənət ustalarının ifasında mahnı və rəqslərlə başa çatıb.
    Həmyerlimiz, Əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi mahnı alqışlarla qarşılanıb.
    Sonda xatirə şəkli çəkilib.
     




     “Yeni həyat”,
    www.yeniheyet.az 
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ