• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

    Masallıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

     

    Masallıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib


    Sentyabrın 11-də Masallı şəhər Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi təhsil konfransı keçirilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
    Konfransı giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açmışdır.
    Azərbaycanın Dövlət Himni səslənmişdir.
    2 nömrəli şəhər orta məktəbinin hazırlıq qrupunun uşaqları təbrik şeirləri səsləndirmişlər.
    RTŞ-nin müdiri T.Əkbərov 2017-2018-ci dərs ilinin yekunları və 2018-2019-cu dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
    Natiq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Təhsilimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun təşəbbüsü ilə irəli sürülən ”Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələrin uğurla həyata keçirilməsi Masallı təhsilində də öz təsirini göstərmişdir.
    2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 3366 şagird qəbul olunmuş, IX siniflərinə 2204, XI siniflərinə isə 1520 şagird təhsil almışdır.
    2018-2019-cu tədris ilində isə birinci siniflərə 3385 şagird qəbul ediləcəkdir ki, onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olacaqdır.
    2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi orta məktəbləri bitirib təhsilini tam orta siniflərdə davam etdirən şagirdlərin statistikası araşdırılarkən müəyyən edildi ki, rayon üzrə bu dinamika müsbətdir. Buna baxmayaraq bir neçə məktəbdə, o cümlədən Sirəbil, Ərəb,Zuvandlı və Meşəkənar kənd ümumi orta məktəbləri üzrə tam orta məıktəblərdə təhsillərini davam etdirənlərin sayı az olmuşdur.
    Masallı RTŞ tərəfindən bu məktəblərlə məqsədyönlü iş aparılmış, növbəti tədris ilində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.
    Rayonun ümumtəhsil məktəbləri üzrə 2017/2018-ci tədris ilində IX sinfi 2151 nəfər bitirmiş, onlardan 1006 nəfəri qızlar olmuşdur.
    Keçən tədris ilində IX siniflər üzrə 2118 şagird imtahanda iştirak etmiş hər iki fəndən müsbət qiymət alan məzunların sayı 1317 nəfər (62%) olmuşsa, 2017/2018-ci tədris ilində isə 2107 şagird imtahanda iştirak etmiş, onlardan 1338 nəfər (64%) hər iki fəndən müsbət qiymət almışdır. XI siniflər üzrə isə keçən tədris ilində 1481 şagird imtahanda iştirak etmiş, azərbaycan dili fənnindən 1067 nəfər (72,4%), riyaziyyat fənnindən 1038 nəfər (70,08%) və xarici dil fənnindən 936 nəfər (63,2%), hər üç fənn üzrə 714 nəfər (48%) şagird müsbət qiymət almışdır. Bu tədris ilində isə 1421 şagird imtahanda iştirak etmiş, azərbaycan dili fənnindən 1038 nəfər (73,04%), riyaziyyat fənnindən 960 nəfər ( 67,5%) və xarici dil fənnindən 867 nəfər (61%), hər üç fənn üzrə 713 nəfər (50,18%) şagird müsbət qiymət almışdır.
    Buraxılış imtahanlarında zəif nəticə göstərmiş məktəblərin keyfiyyət göstəriciləri RTŞ-nin Şura iclasında geniş müzakirə edilmiş, təhlillər aparılmış və məktəb rəhbərlərinə işlərində dönüş yaratmalarından ötrü müvafiq tapşırıqlar verilmişdir.
    Tədris ilində 734 məzun ali məktəblərə sənəd vermiş, onlardan 500 nəfər ali məktəbə qəbul olmuşdur. Qəbul olan abituriyentlərin 171 nəfəri qızlardır. Ali məktəblərə qəbul üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 34 nəfər təşkil edir. Bunlardan 17 nəfəri qızlardır. 500-600 arası bal toplayan abituriyentlərin sayı 86-dır. Bunlardan 37 nəfəri qızlardır. 67 abituriyent isə 200-400 arasında bal toplamışdır. Müqayisə üçün qeyd edək ki, keçən tədris ilində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 30, 500-600 arası bal toplayan abituriyentlərin sayı isə 62 olmuşdur. Göründüyü kimi bu prosesdə müsbət dinamika vardır. Sevindirici haldır ki, əvvəki illərdə ali məktblərə sənəd verməyən məktəb olmuşsa,bu tədris ilində belə məktəb olmamışdır.
    Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1 nömrəli (55), şəhər 3 nömrəli (28), ”Dəfinə” məktəb-liseyi (19), Hişkədərə (15), Türkoba (14), Boradigah 2 nömrəli (14), Yeyənkənd (12), Təzə Alvadı 1 nömrəli (12), Eminli (12) tam orta məktəbləri fərqlənmişdir. Binə Xocavar (2), Kosakül (2), Lürən (1), Öncəqala (2), Qızılağac 2 nömrəli (2) və Tüklə (2) tam orta məktəblərində ali məktəblərə qəbul əvvəlki illərə nisbətən daha az sayda olmuşdur. Yeddioymaq 1 nömrəli, Qarğalıq və Hüseynhacılı tam orta məktəbləri üzrə sənəd qəbulu olsa da, ali məktəblərə qəbul olmamışdır. Məktəblərdə tədrisin ilboyu keyfiyyəti ilə əlaqədar monitorinqlər keçirilmiş və məlum olmuşdur ki, ayrı-ayrı fənn müəllimlərinin peşəkarlıq səviyyələri zəifdir, bəzi müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bal aşağıdır.
    Orta ixtisas məktəblərinə qəbul prosesi başa çatmışdır. Qəriblər, Miyankü, Qızılağac 1 nömrəli, Ərkivan qəsəbə 4 nömrəli, Mahmudavar, Təzəkənd, Hüseynhacılı tam orta və Məmmədxanlı, Şıxlar 2 nömrəli ümumi orta məktəbləri üzrə kolleclərə daxil olanların sayı daha çox olmuşdur. Təzə Alvadı 2 nömrəli tam orta və Sirəbil, Sarıcəfərli, Ərəb, Təkdam ümumi orta məktəblərindən bir nəfər də kolleclərə qəbul olmamışdır.
    Fərəhləndirici haldır ki,daxil olan abituriyentlər arasında qızların sayı çoxluq təşkil edir.
    2017-2018-ci tədris ilində rayon ümumtəhsil məktəblərində XI siniflər üzrə 6, IX siniflər üzrə 3 şagird fərqlənmə attestatı almışdır.
    Rayonda 2017-2018-ci tədris ilində 135 qrup fəaliyyət göstərmiş və 2012-ci il təvəllüdlü uşaqların 65%-i həmin qruplara cəlb edilmişdir. 2460 uşaq məktəbəhazırlıq qrupunda təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 135 müəllim məşğul olmuşdur.
    Bir sıra məktəblərdə tədris ili üzrə buraxılış imtahanının nəticələri və “Keyfiyyət ili” ilə bağlı görülmüş işlərin monitorinqi keçirilmişdır. Məktəbə rəhbərlik sahəsində yol verdikləri nöqsanlara və buraxılış imtahanlarında zəif nəticə göstərdiklərinə görə S.Rəhimov adına Köçəkli tam orta məktəbinin direktor əvəzi Qafar Cabbarova, Tatyan ümumi orta məktəbinin direktoru Xidmət Abbasova, N.Səmədov adına Sirəbil ümumi orta məktəbinin direktoru İsmayıl Şahmarova, N.Orucov adına Şıxlar 1 nömrəli ümumi orta məktəbinin direktor əvəzi Nəhmədağa Tarverdiyevə, XI siniflər üzrə isə buraxılş imtahanlarında zəif nəticə göstərdiklərinə görə M.Qarayev adına Sığıncaq tam orta məktəbinin direktoru Əhliman Əliyevə, R.Nəbiyev adına Təzəkənd tam orta məktəbinin direktoru Fərhad Cəfərova, F.Dəmirov adına Təklə tam orta məktəbinin direktoru Oktay Abıyevə, S.Vurğun adına Türkoba tam orta məktəbinin direktoru Əfsər Nuriyevə, Qasımlı kənd tam orta məktəbinin direktoru Gülhəsən Məmmədova, N.Gəncəvi adına Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru Azər Mirzəyevə, Ə.İbadov adına Tüklə tam orta məktəbinin direktor əvəzi Mail Məmmədova, Qızılağac 2 nömrəli tam orta məktəbinin direktoru İlahə Quliyevaya, Seybətin tam orta məktəbinin direktoru Elman Nəzərova, T.Bayraməlibəyov adına 2 nömrəli Yeddioymaq tam orta məktəbinin direktoru Faiq Axundova şura qərarına əsasən intizam tənbehi tətbiq edilmişdir. X.Məmmədov adına Xırmandalı tam orta məktəbinin direktor əvəzi Ağalar Eminəliyev isə vəzifəsindən azad edilmişdir.
    Növbəti şura iclaslarında 2017/2018-ci tədris ilində buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblər müzakirə ediləcək və məktəb rəhbərləri barədə ciddi tədbirlər görüləcəkdir. Yeddoymaq 2 nömrəli, Ərkivan qəsəbə 2 nömrəli, Qəriblər, Sərçuvar, Sığdaş, Seybətin, Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbində aşkarlanmış nöqsanlar şurada geniş müzakirə edilmiş və məktəb rəhbərlərinə intizam tənbehi tətbiq edilmişdir.
    Qarşıya çıxan problemlərə baxmayaraq şagirdlərin yeni məktəblərə cəlb edilməsi üçün RİH-nin köməkliyi ilə tədbirlər görülmüş, nəqliyyat vasitəsi ayrılmış və şagirdlərin dərsə davamiyyəti təmin edilmişdir.
    “Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik vә bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında”Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq əvvəlki illərdə bu və ya digər səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən və ixtisasları üzrə aşağı nəticə göstərmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 2018-ci ilin may ayında keçirilən diaqnostik qiymətləndirmədə 317 müəllim iştirak etmişdir. Onlardan 87 nəfəri ixtisası üzrə 15 baldan aşağı nəticə göstərmişdir.
    Ümumiyyətlə, 2015-2018-ci illərdə keçirilmiş diaqnostik qiymətləndirmələrdə bir sıra məktəblərin, o cümlədən Təzəkənd məktəbinin 10, Əhmədli və Qodman məktəblərinin 9, Ərkivan qəsəbə 3 nömrəli, Zuvandlı, Qədirli kənd məktəblərinin 8, Boradigah qəsəbə 1 nömrəli, Ərkivan qəsəbə 2 nömrəli Şıxlar 1 nömrəli, Köçəkli,Tatayan məktəblərinin 7, Türkoba, şəhər 6 nömrəli, Sərçuvar, Qasımlı, Güllütəpə məktəblərinin 6 müəllimi ixtisasları üzrə daha aşağı nəticə göstərmişdir.
    Aparılan təhlillər göstərir ki, diaqnostik qiymətləndirmədə aşağı bal toplayan müəllimlərin əksəriyyəti məhz buraxılış siniflərində zəif nəticə göstərən məktəblərdə çalışırlar.
    2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyinə 189 vakant yer sifariş verilmişdir. Müəllimlərin işə qəbulu üzrə aparılan imtahanların I turundan keçmiş 82, II turundan keçmiş 6 nəfər rayonun ümumtəhsil məktəblərinə təyinat almışlar. Boş qalan yerlərə Təhsil Nazirliyi tərəfindən elan edilmiş müsabiqənin III turunda uğur qazanmış namizədlər yerləşdiriləcəkdir.
    Hazırda rayon ümumtəhsil məktəbləri üzrə 12 tam orta və 6 ümumi orta məktəb direktoru vəzifəsi vakantdır.
    Möhtərəm Prezident cənab İlham Əliyevin respublika təhsilinə göstərdiyi qayğı rayonumuzda da daha yüksək səviyyədə hiss olunmaqdadır. Son illərdə Masallıda 51 məktəb tikilmişdir. Hazırda modul tipli məktəblərin tikintisinə üstünlük verilir. Belə ki, cari tədris ilində Xallıcalı, Təkdam, Şıxlar 2 saylı və Bala Təklə kənd ümumi orta məktəbləri üçün belə tipli məktəblər tikilir. Gəyəçöl kəndində isə 260 yerlik yeni müasir tipli məktəb binasının tikintisi davam etdirilir.
    İdman sahəsində həmişə olduğu kimi bu tədris ilində də voleybol və şahmat üzrə yüksək nəticələr əldə edilmişdir.
    Qızların erkən ailə qurması cəmiyyətə bəla gətirir. Rayonumuzda bu neqativ hala qarşı mübarizə aparılır. Belə ki, RTŞ-nin, rayon Mərkəzi Xəstəxanasının və RİH-nin nümayəndələri ilə məktəblərdə “Erkən nikahlar və onların acı nəticələri” mövzusunda maarifləndirici tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə erkən nikahın fəsadları, qızların hüququnun pozulması, onların sağlamlığına ciddi təhlükəsi barədə geniş müzakirələr aparılmışdır.
    Yeni dərs ilində qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər də çoxdur. Keçriləcək bölmə iclaslarında müvafiq tapşırıqlar veriləcəkdir.
    Masallı Rayon Təhsil Şöbəsi əmin edir ki, bundan sonra da işini müasir tələblər səviyyəsində quracaq, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bütün imkan və bacarığını sərf edəcəkdir.
    Konfransda Bala Kolatan tam orta məktəbinin direktoru Elmar Qulamov, Dəmirçi kənd tam orta məktəbinin müəllimi İradə İmanbəyli, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Əli Alışlı, Qəriblər tam orta məktəbinin gümüş medallı məzunu, BDU-nun fizika fakültəsinin tələbəsi Məhəmmədəli Məmmədov, Təhsil İnstitutunun şöbə müdiri İlham Cavadov çıxış edərək mövcud problemləri təhlil etmiş, yeni dərs ilində qarşıda duran vəzifələri, arzu və istəklərini diqqətə çatdırmışlar.
    İ.Cavadov diqqəti ölkə təhsilində həyata keçirilən islahatlara, məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsinə, məktəblərarası təcrübə mübadiləsi keçirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına yönəltmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində müəllimləri təbrik etdib konfransın işinə uğurlar arzulamış, tövsiyələrini vermişdir. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxunmuş, bu sahədəki uğurları təqdir edib çatışmazlıqlardan danışmış, təhlillər vermişdir. Göstərmişdir ki, ölkədə olduğu kimi Masallıda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur. Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Son illərdə rayonda 50-ə qədər məktəb yenidən tikilib və ya əsaslı təmir olunub, məktəblərdə əlavə sinif otaqları, modul tipli məktəblər tikilib. Məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsi də göz qabağındadır. Şagird-müəllim, müəllim-şagird münasibətləri düzgün qurulmalıdır. Təhsil prosesində davamiyyət məktəbdən, məktəb rəhbərindən, müəllimlərdən və valideynlərdən asılıdır. Biz ökənin gələcəyini hazırlayırıq.
    Bir qrup qabaqcıl müəllimə və Bala Kolatan kənd tam orta məktəbinin pedaqoji kollektivinə Masallı Rayon İcra Hakimiyyətinin, təhsildə fərqlənən bir qrup müəllimə RTŞ-in Fəxri fərmanları verilmişdir.
    Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.


     
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ