• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev 227 və 8 nömrəli tam orta məktəblərdə, 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

    Prezident İlham Əliyev 227 və 8 nömrəli tam orta məktəblərdə, 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub


    Prezident İlham Əliyev 227 və 8 nömrəli tam orta məktəblərdə, 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
      
     Prezident İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
    Məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
    Bildirildi ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
    Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.
    Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.


    Prezident İlham Əliyev 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
    Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
    Diqqətə çatdırıldı ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.
    Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
    Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
    Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
    Zəngin təbii sərvətləri olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.


    Prezident İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
    Təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verdi.
    Qeyd olundu ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər. Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hərbi hazırlıq kabineti yaradılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır.
    Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər.
    Prezident İlham Əliyevin ölkəmizdə təhsilə olan diqqət və qayğısının bariz nəticəsidir ki, son illər ərzində respublikamızın hər yerində olduğu kimi, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da təhsil müəssisələrinin əsaslı təmiri və təchizatı diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb.
    Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzuladı.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ