• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Nardarandakı 295, Maştağa qəsəbəsindəki 187 və Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

    Prezident İlham Əliyev Nardarandakı 295, Maştağa qəsəbəsindəki 187 və Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub


    Prezident İlham Əliyev Nardarandakı 295, Maştağa qəsəbəsindəki 187 və Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

    Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
    Məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.
    Bildirildi ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir işləri zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Hazırda birnövbəli sistemlə məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır.
    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə çoxlu sayda yeni məktəb binasının inşası, mövcud təhsil müəssisələrinin isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu layihələr paytaxtımızla yanaşı, respublikanın ən ucqar kənd və qəsəbələrini də əhatə edir. Bu işlərlə yanaşı, Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində də mühüm işlər görülür. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bütün bunlar isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində mühüm rol oynayır.

    Prezident İlham Əliyev Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
    Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
    Diqqətə çatdırıldı ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.
    Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısına bildirildi ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib.
    Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

    Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
    Məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verdi.
    Bildirildi ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var.
    Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
    Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan insan kapitalının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 192 nömrəli tam orta məktəbdir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir tədris avadanlıqları və dərs ləvazimatları ilə təchiz edilib. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ