Главная > Təhsil > Alimlə görüş

Alimlə görüş


23-11-2017, 12:04. Разместил: yeni321

Alimlə görüş

Əmr etdi verildi belə bir fərman
Alimdir gözümdə ən böyük insan.
Elmlə, hünərlə ... Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

H.Həsənov adına Qasımlı tam orta məktəbində biologiya üzrə fəlsəfə doktoru yazıçı-publisist, AJB-nin üzvü Sabir Abuşoğlu ilə görüş Nizaminin bu sözləri ilə başlamışdır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İdrak Əkbərli alimin tərcümeyi-halı, pedaqoji fəaliyyəti və keçdiyi həyat yolu barədə geniş söhbət açmış, mövzu haqqında ictimaiyyətə məlumat vermişdir.
Məktəbin müəllimlərindən şair-publisist Ədalət İsazadə, Surət Nuriyev, Qurban Kərimov, Əlövsət Salamov və Rəhman Muxtarov alimin elmi işi barədə fikir söyləmişlər. Qocaman alimin şagirdləri 2 nömrəli Yeddioymaq kənd tam orta məktəbinin psixoloqu R.Şamıyev, 1 nömrəli Yeddioymaq kənd tam orta məktəbinin biologiya müəllimi, bəddi qiraətçi R.Kazımov çıxış etmişlər. Şagirdlərdən Nurlan İsazadə, Gülanə Şəmmədova, Peyman Balayev, İrşad Əmirov Məleykə İsmayılova şeir söyləmişlər.
Biologiya üzrə fəlsəfə doktoru Sabir Fərəcov çıxış etmiş, elmi yaradıcılığı barədə danışmışdır.
Məktəbin direktoru Gülhəsən Məmmədov tədbiri yekunlaşdırmış, alimə yaradıcılıq uğurları arzulamışdır.


                                                                                         Xanlar RZAYEV,
                                                                              ştatdankənar müxbirimiz.
шаблоны для dle 11.2
Вернуться назад