Главная > Təhsil > Masallıda rəsm müsabiqəsi keçirilib

Masallıda rəsm müsabiqəsi keçirilib


25-09-2018, 13:29. Разместил: admin44
  
Masallıda rəsm müsabiqəsi keçirilib

Sentyabrın 25-də Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Azərbaycan Xalq Cumhuriyyəti ili”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Gənclər Mərkəzindəki tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və tarixi keçmişini məktəblilər arasında təbliğ etmək, dövlətçilik ənənələri və mənəvi dəyərlərimizi qorumaq, istedadlı uşaq və gəncləri aşkar etməkdir.
RTŞ-nin metodisti Əyyar Burhanov müsabiqənin uşaqlar arasında yaradıcılıq meyllərini stimullaşdırmaq, ətraf mühitə münasibət, Vətənə məhəbbət hisslərini artırmaq istiqamətində əhəmiyyətindən bəhs edib.
 
Münsiflər heyəti tərəfindən müəyyən edilən qaliblər – N.Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Pərvin Qasımova birinci, İ.Nağıyev adına Boradigah 2 nömrəli tam orta məktəbin III sinif şagirdi Gülər Ağayeva ikinci, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin XI sinif Şamxal Cavadzadə üçüncü yerə layiq görülüblər.
Qaliblər diplomlarla mükafatlandırılıb.
  
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад