Главная > Təhsil > Masallıda “Qızlarımız təhsildə” layihəsi üzrə 20 məktəbdə seminarlar başa çatıb

Masallıda “Qızlarımız təhsildə” layihəsi üzrə 20 məktəbdə seminarlar başa çatıb


3-10-2018, 17:57. Разместил: admin44

  Masallıda “Qızlarımız təhsildə” layihəsi üzrə 20 məktəbdə seminarlar başa çatıb
 
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Masallı rayonu Mahmudavar kənd tam orta məktəbinin həyata keçirdiyi “Qızlarımız təhsildə” layihəsi davam edir.
Layihənin məqsədi valideynlər tərəfindən təhsildən yayınan qızların təhsilə cəlb olunması və diqqətdə saxlanmasıdır.
Layihənin birinci mərhələsində hədəf olaraq seçilmiş 20 kənd (Xırmandalı, Məmmədxanlı, Ərəb, Qarğalıq, Köçəkli,Təkdam, Öncəqala, Hacıtəpə, Qızılağac, Həsənli, Qızılagac, Çaxırlı, Sığıncaq, Böyük Təklə, Kəlbəhüseynli, Bala Təklə, Səmidxanlı, Sərçuvar, Təzəkənd) məktəblərində seminarlar həyata keçirilib. Seminarlarda ümumi olaraq 412 şagird iştirak edib.
Seminarları Masallı Rayon Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə, Mahmudavar kənd tam orta məktəbinin direktoru, layihə rəhbəri Kinəxanım Əliyeva, layihənin eksperti Rəşad Dadaşov, biznes və karyera planlaması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edərək, qızların təhsilə cəlb edilməsi, onların qarşısında duran problemlərin həllinə dəstək, təhsildə uğurlarını əks etdirmək, məqsədin müəyyən edilməsi, motivasiya və s. məqamları qeyd ediblər. Həmçinin layihə çərçivəsində çəkilmiş “Sonradan” adlı sosial çarx nümayiş etdirilib.
Layihədə iştirak edən hər bir məktəbli qıza sertifikatlar verilib.
Seminarların sonunda çay süfrəsi təşkil olunub.
Layihənin ikinci mərhələsində seminarlardan seçilmiş məktəblilər (hər məktəb üzrə 2, ümumi 40 fəal qız) Masallı rayonunda fəaliyyət göstərən Xalçaçılıq mərkəzinə, Qadın Resurs və SYSLAB mərkəzi, Masallı Dövlət Regional Kollecinə və s. mərkəzlərə bir günlük ekskursiyaya cəlb olunacaqlar.
 
 

 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад