Главная > Təhsil > Masallı Dövlət Regional Kollecində müəllim günü ovqatı yaşandı

Masallı Dövlət Regional Kollecində müəllim günü ovqatı yaşandı


4-10-2018, 18:27. Разместил: admin44

  

Masallı Dövlət Regional Kollecində müəllim günü ovqatı yaşandı

Cəmiyyətin maraqları, insanların yüksək intellektli, elmi, biliyi, Vətənə sevgimiz, mənəvi dəyərlərimiz müəllim səviyyəsi, şəxsiyyəti ilə tənzimlənir. Yeniheyet.az xəbər verir ki, Masallı Dövlət Regional Kollecinin keçirdiyi Müəllim Günü tədbirində yuxarıdakı fikirlər vurğulandı, Masallı müəllimlərinə, onların qabaqcıl dəstələrindən olan kollecin pedaqoji kollektivinə təbriklər səsləndi.
Oktyabrın 4-də Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov, ilk növbədə təhsil ocağını Azərbaycan Prezidenti cənab İlham Əliyevin masallılara töhfəsi kimi qiymətləndirib ölkə rəhbərinə minnətdarlıq ifadə etdi.
V. Nəzərov işində fərqlənən bir qrup müəllim və tələbəyə Fəxri fərmanlar təqdim etdi.
“Masallı Ziyalıları” İB-nin sədri “Tərəqqi” medallı Qardaş Fətullayev, Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müəllimləri təbrik etdilər.
C.Manafov tələbələrə Fəxri fərmanlar təqdim etdi.
Müəllim gününə həsr edilmiş məruzə ilə çıxış edən kollecin müəllimi Ülkər Əliyeva kollektivin uğurlarından danışdı.
Sonda müəllimlərin peşə bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya ifa edildi.
 



 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад