Главная > Təhsil > Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi

Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi


5-10-2018, 21:37. Разместил: admin44
  

Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi

 
Oktyabrın 5-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində veteran müəllim Xanhüseyn Musayevi misal gətirərək gənclərə nümunə olduğunu bildirib, müəllim adının ucalığından danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət İsaq oğlu Zeynalovu təbrik edib, valideyn-məktəb əlaqəsini qeyd edib. Rayon rəhbəri masallılı müəllimləri əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışıb.
Qeyd olunub ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbinə yüksək balla qəbul olunmuş gənc müəllim Şəhla Abgözəlova, Kolatan kəndindən veteran müəllim Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qabaqcıl və işgüzar müəllimlərin bir qrupuna Masallı Rayon İcra Hakimiyyəti Başçısının, rayon Təhsil Şöbəsinin, rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının və "Masallı ziyalıları" İctimai Birliyinin Fəxri fərmanları və qiymətli hədiyyələri verilib.
 



 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад