Главная > Təhsil > Vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu

Vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu


24-11-2017, 17:26. Разместил: yeni321
Vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu

Noyabrın 24-də Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov  bildirib ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün dövlət rəmzlərinin təbliği mühüm rol oynayır. Körpə yaşlarından bu ruha köklənən gənc nəsldə vətənpərvərlik hissinin formalaşması şübhəsizdir. Dövlət atributlarının təbliği cəmiyyətin ümumi işinə çevrilməli, bu sahədə aparılan iş əsasən ailədən başlanmalı, təhsilə qədər davam etdirilməlidir.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bildirib ki, xalqımız ruhən vətənpərvərdir. Tədrisin, tərbiyənin bu isiqamətdə əhəmiyyəti böyükdür. Müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi, təhsili bu gün təlim-tərbiyə işini necə qurmağımızdan, milli müstəqilliyimizin atributlarına dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından asılıdır. Milli müstəqillik rəmzlərinə hörmət Vətənə, millətə, xalqa, Azərbaycana ehtiram deməkdir.
Gənclər və idman idarəsinin əməkdaşı Oktay Mütəllimov, RTŞ-nin əməkdaşı Abbas Abbaszadə, A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi Zülfiyyə Mikayılova və başqaları qeyd ediblər ki, təbliğat işi təkcə təhsil sahəsində deyil, eyni zamanda kütləvi informasiya vasitələrində də aparılmalıdır. Televiziya kanallarında dövlət atributlarına, onların məna və məzmununa, tarixi inkişafına dair silsilə verilişlər hazırlanıb təqdim edilməlidir. Maarifləndirmə işinin təşkilində qeyri-hökumət təşkilatları da fəal olmalıdır. Bu mövzuda seminarlar, konfranslar təşkil edilməli, gənclərdə dövlət atributları barədə düzgün ideya formalaşdırılmalıdır.
 
                                                                                                                          "YENİ HƏYAT",
                                                                                                                     www. Yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад