Главная > Təhsil > Masallıda "İngilis dilini öyrənirik" mövzusunda bilik yarışması

Masallıda "İngilis dilini öyrənirik" mövzusunda bilik yarışması


10-12-2018, 17:34. Разместил: yeni321
 
Masallıda İngilis dilini öyrənirik mövzusunda bilik yarışması keçirilib
 
R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin yaxşı ənənələri bir qayda olaraq şagirdlərin bilik və bacarığının artırılmasına, gənclərin vətənpərvərlik tərbiyəsinə, cəmiyyətə fəal inteqrasiyasına xidmət edir.
Məktəbdə keçirilən "İngilis dilini öyrənirik" mövzusundakı bilik yarışması məktəblilərin ingilis dilinə böyük marağını, eyni zamanda təfəkkür inkişafını göstərmişdir.
Tədbirin aparıcısı, müəllimə Aynurə Alışova əlaçı şagirdlərdən ibarət "Şahinlər", "Zirvə" və "Uğur" komandalarını yarışa dəvət etmişdir.
İki turun yekunlarına görə "Zirvə" və "Uğur" komandaları finalda görüşmüşlər. Suallara daha dolğun cavab verən "Zirvə" qalib adını qazanmışdır.
Qalib komandaya Masallı RTŞ-nin müdir müavini Samit İslamov Fəxri fərman təqdim etmişdir. Məktəbin direktoru Mirxanım Hüseynova, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev, RTŞ-nin metodisti Vəli Ağayev, "Tərəqqi" medallı Əməkdar müəllim Mirqabil Hüseynov tədbiri dəyərləndirmişlər.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад