Главная > Təhsil > Masallı məktəblilərinin “Həmrəylik və Yeni il sevincləri”

Masallı məktəblilərinin “Həmrəylik və Yeni il sevincləri”


26-12-2018, 13:56. Разместил: yeni321
Masallı məktəblilərinin “Həmrəylik və Yeni il sevincləri”

Hər il olduğu kimi bu il də Masallı Rayon İcra Hakimiyyətinin, regional mədəniyyət idarəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilir.
Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılovun verdiyi məlumata görə Mədəniyyət Evində on gün (21-29 dekabr, saat 11.00 və 15.00-da) davam edən şənliklərdə rayonun müxtəlif ərazilərindən, təhsil müəssisələrindən gələnlərə maraqlı konsert proqramı təqdim edilir.
Gənc aparıcıların – Humay Əliyeva və Aytac Nəsirlinin bayram təbrikləri ilə başlanan tədbir rayon Xalq Teatrı kollektivinin (rejissor Camaləddin Əliyevin rəhbərliyilə) hazırladığı bədii hissə ilə davam edir.
Məktəblilərin, balaca fidanların alqış sədaları ilə Şaxta baba və Qar qızın gözəl tərtibatlı səhnəyə dəvəti hər kəsə xoş anlar yaşadır. Onların hər gün tədbir iştirakçılarına payladığı bayram hədiyyələri balaca məktəblilərin sevincinə sevinc qatır.
Nağıl qəhrəmanlarının, klounların al-əlvan bəzədilmiş zalda uşaqlarla əyləncəli anları, birgə rəqsləri, məktəblilərin Vətənə, Həmrəylik gününə, yeni ilə həsr edilmiş şeirləri, səhnəcikləri şənliyə toplaşanlarda xoş əhval-ruhiyyə yaradır.
Silsilə konsertlərdə rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivlərinin – “Təravət” ansamblının (bədii rəhbər Sakit Müslümov) müşayiətilə səslənən şən təranələr, solistlərdən Miriş Hüseynlinin, Şamo İbayevin, Şəhla İsgəndərovanın, Nahidə Günəşlinin, Şahin Mustafayevin, eləcə də “Masallı” rəqs qrupunun (baletmeystr Gündüz Babayev) rəngarəng çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Tədbirlər davam edir.  



 

“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад