Главная > Təhsil > Masallı şəhər “Viləş” uşaq bağçasında Həmrəylik Günü və Yeni il şənliyi
Masallı şəhər “Viləş” uşaq bağçasında Həmrəylik Günü və Yeni il şənliyi28-12-2018, 16:12. Разместил: yeni321 |
“Viləş” uşaq bağçasında Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib Dekabrın 28-də Masallı şəhərindəki “Viləş” uşaq bağçasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib. Tədbirdə tərbiyəçi-müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar balacalara can sağlığı, sevinc və heç zaman simalarından uşaq təbəssümünün əksik olmamasını arzulayıb, onların tərbiyəçilərinə ən xoş təbriklərini çatdırıblar. “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva qeyd edib ki, ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Biz bu qayğını respublikamızda, rayonumuzda tikilərək körpə balaların istifadəsinə verilən uşaq bağçalarından, məktəb binalarından aydın şəkildə görürük. O, son illər Masallıda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışıb, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını bildirib. Nərgiz, Gülnur, Sevil və Samirə müəllimənin ingilis və rus dilində bayram təbrikləri maraqla qarşılanıb. Aparıcı Tamam Cəfərovanın təqdimatından sonra səhnə uşaqların ixtiyarına verilib. Körpə fidanların Vətənə, xalqa, anaya, məktəbə, bağçaya dair səsləndirdikləri şeirlər, mahnılar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Uşaqların nümayiş etdirdikləri nağıl əsasında qurulmuş maraqlı kompozisiyalar, “Sehrli xalat”, “Şaxta baba və cırtdan”, “Təqvim” səhnəcikləri alqışlarla qarşılanıb. “Mələklər”, “Kəpənək”, “Nənənlər” qruplarının ifasında mili və xarici rəqs nömrələri, “flaşmob” və digər əyləncəli oyunlar şənliyi daha da yaddaqalan edib. Şaxta babanın və Qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və onlarla birgə rəqs etməsi tədbirə rəng qatıb. 2018-ci ili uğurla yola salan körpə fidanlar 2019-cu ili sevinclə qarşılayıblar. Bayram şənliyi xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |