Главная > Təhsil > Masallının Təkdam və Xallıcalı kəndlərində yeni məktəb binaları istifadəyə verildi

Masallının Təkdam və Xallıcalı kəndlərində yeni məktəb binaları istifadəyə verildi


13-02-2019, 15:48. Разместил: yeni321
Masallının Təkdam və Xallıcalı kəndlərində yeni məktəb binaları istifadəyə verildi

Təkdamda yeni məktəb binasının açılışı

Bu gün, fevralın 13-də Masallı rayonunun Həsənli ərazisində Təkdam kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi olub. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd edib ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.
Kənd ağsaqqalı Kamil Hüseynov və məktəbin kitabxanaçısı Nazilə Məmmədova həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildiriblər.
Çıxış edənlər deyiblər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində toplaşanları salamlayıb: “Bu əlamətdar gün münasibətilə hamınızı təbrik edirəm! Son illərdə Masallıda 50 məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə təhsilinə, o cümlədən Masallıya olan qayğısından irəli gəlir. Təkdamda da layihənin həyata keçirilməsi sevindirci haldır...”
RİH başçısı Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lentini kəsdikdən sonra sinif otaqlarına baxış keçirilib.
80 yerlik Xallıcalı kənd ümumi orta məktəbində 74 şagird təhsil alacaq. Məktəbdə 9 sinif otağı, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz edilib.


Xallıcalı kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi
 
Fevralın 13-də rayonun Qarğalıq ərazisində də şəhid Elşən Qarayev adına Xallıcalı kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi olub.
Tədbiri Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açıq elan edib.
Kənd ağsaqqalı, şəhid atası Rəhman Qarayev və valideyn Nurəddin Əliyev həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına minnətdarlıq ifadə ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində toplaşanları salamlayıb, diqqətə çatdırıb ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür.
Natiq fərəhlə deyib ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. Xallıcalıda layihənin həyata keçirilməsi sevindirci haldır.
Bundan əvvəl də rayonun bir neçə kəndində belə tədbirin reallaşğını açıqlayan sözçü hamının adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanlayıb.
Rayon rəhbəri Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, 96 yerlik Xallıcalı kənd ümumi orta məktəbində 103 şagird təhsil alacaq. Məktəbdə 9 sinif otağı, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunub.




 

“Yeni həyat”,
www.yeniheyet.az 

 

шаблоны для dle 11.2
Вернуться назад