Главная > Təhsil / Maraqlı > Masallıda uşaqların güvənc yeri

Masallıda uşaqların güvənc yeri


26-02-2019, 16:17. Разместил: yeni321
Masallıda uşaqların güvənc yeri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə Masallı rayonunda Günərzi Mərkəzi yaradılmışdır. Şəhərin Dadva küçəsində fəaliyyət göstərən bu mərkəzə aztəminatlı, çətin həyat şəraitində yaşayan, o cümlədən sağlamlıq imkanları məhdud 3-12 yaş arası 30 nəfərdən çox uşaq cəlb olunub.
"VSRN" İB-nin sədri İradə Rizazadə deyir ki, burada uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunur, eyni zamanda onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Burada uşaqlar yazmağı, oxumağı öyrənir, məktəbdə təhsil alan şagirdlərə isə ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir. Uşaqların psixo-sosial inkişafı məqsədilə Mərkəzdə sosial işçi, pedaqoq, tərbiyəçi, psixoloq, musiqi müəllimlərindən ibarət kollektiv fəaliyyət göstərir.
 



 

Həsənağa Əliyev, 
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад