Главная > Təhsil > Təhsil nazirinin müavini Masallıda

Təhsil nazirinin müavini Masallıda


7-03-2019, 20:55. Разместил: yeni321
Təhsil nazirinin müavini Masallıda

Martın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.
Nazir müavini tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valıdeynlərlə görüşüb.
Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva daha sonra Qəriblər kənd tam orta məktəbində olub.
Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan nazir müavini burada müəllimlərin dərsdən sonra şagirdlərlə təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib, bunun əsl müəllim və vətəndaş mövqeyi olduğunu deyib. Belə halların Masallının digər məktəblərində də həyata keçirildiyindən xəbərdar olduğunu bildirib.
Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinə baş çəkən nazir müavini burada rayonun təhsil uğurları ilə tanış olub, idmançı məktəblilərlə görüşüb. Valideynlərlə də söhbət edən Məhəbbət Vəliyeva onların təkliflərini dinləyib, valideyn-məktəb işbirliyinin vacibliyindən danışıb.
Sonra nazir müavini həmin məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Nazir müavini səfər çərçivəsində rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub, mərkəzin kollektivi ilə görüşüb.




 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад