Главная > Təhsil > Ucar, Ağdaş, Ağsu və Qobustan məktəblilərinin Masallı səyahəti – FOTOLAR

Ucar, Ağdaş, Ağsu və Qobustan məktəblilərinin Masallı səyahəti – FOTOLAR


17-03-2019, 23:05. Разместил: yeni321

Tur-aksiya iştirakçılarının Masallı rayonu ilə tanışlığı davam edir

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəblilərinin cənub bölgəsi ilə tanışlığı davam edir.
Şagirdlər və onların müəllimləri martın 17-də Masallı rayonuna gəliblər. Onları rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, Masallı rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar. Sonra tur-aksiya iştirakçıları “Asan həyat” kompleksində keçirilən Novruz festivalına qatılıblar, buradakı "İntellektual Mərkəz"də keçirilən "Breyn-rinq" yarışmasını izləyiblər.
Məktəblilər Masallı Sənaye Məhəlləsi, Uşaq İncəsənət Məktəbi, Azərbaycanın Dövlət Rəmzləri Müzeyi, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.










 
 “Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад